Hazırda həbsdə olan aparıcı Ela Rümeysa Cebeci ilə tanınmış prodüser Timur Savcı arasında baş verdiyi iddia edilən şok mesajlaşmalar istintaq materiallarına əlavə edilib.
Referans Media xəbər verir ki, İstanbul Baş Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlər üzrə İstintaq Bürosu tərəfindən aparılan narkotik istintaqı çərçivəsində TİMS&B prodakşn şirkətinin şəriklərindən olan prodüser Timur Savcı bir müddət əvvəl saxlanılıb.
Timur Savcıya qarşı “narkotik və ya psixotrop maddələrin istifadəsini asanlaşdırmaq məqsədilə xüsusi yer, avadanlıq və ya vasitə təmin etmək, istifadə edənlərin saxlanılmasını çətinləşdirən tədbirlər görmək” və “istifadə məqsədilə narkotik və ya psixotrop maddə almaq, qəbul etmək, saxlamaq və ya istifadə etmək” maddələri üzrə ittihamlar irəli sürülüb.
Media nümayəndələri, məşhurlar və iş adamlarını əhatə edən narkotik istintaqında əsas fiqurlardan biri olan və hazırda həbsdə saxlanılan Habertürk spikeri Ela Rümeysa Cebeci saxlanılarkən özünə məxsus iki mobil telefonun şifrələrini könüllü şəkildə hüquq-mühafizə orqanlarına təqdim edib. Aparılan texniki baxış zamanı Cebecinin narkotik maddələrin əldə olunması ilə bağlı yazışmaları olan şəxslər müəyyən edilib.
Bu çərçivədə aparılan rəqəmsal araşdırmalar nəticəsində Timur Savcı ilə Ela Rümeysa Cebeci arasında da narkotik maddələrin temini ilə bağlı yazışmaların olduğu aşkar edilib. İstintaq materiallarına görə, 25 oktyabr 2024-cü il tarixində Savcının Cebeciyə iş yerinin ünvanını göndərdiyi, həmin gün axşam saat 19:00-da tərəflərin Leventdə yerləşən ofisdə görüşdüyünə dair mesajlaşmalar sənədlərə əlavə olunub.
“YÜKSƏLMƏK İSTƏYİRƏM” MESAJI
Sabah qəzetinin məlumatına görə, Cebecinin 30 oktyabr 2024-cü il tarixində Savcıya “THC-mi unutma, yüksəlmək istəyirəm” və “Birlikdə sınayarıq” məzmunlu mesajlar göndərdiyi bildirilib. Bu yazışmaların narkotik maddələrin temini çərçivəsində qiymətləndirilməsi səbəbilə Timur Savcı barəsində saxlanılma qərarı verildiyi qeyd olunur. İstintaqın Məhkəmə-Tibbi Ekspertiza Qurumundan daxil olacaq rəy əsasında davam etdiriləcəyi bildirilib.
