Ələkbərovlar ailəsi ilə əlaqəli “Lukavto” elektromobillərin və hibrid avtomobillərin satışının inkişafına 1 milyard rubl vəsait yatırıb.
Referans Media xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.
Məlumata görə, “Lukoyl”un təsisçisi Vahid Ələkbərovun oğlu Yusif Ələkbərova məxsus “Bugatti Mistral”ın qiyməti də eyni məbləğdə olub:
“Lukavto” “Zeekr”, “Lixiang”, “Lynk & Co”, “Aito”, “Xiaomi”, “Denza” və “Maextro” markalı avtomobilləri satacaq və onlara texniki xidmət göstərəcək, həmçinin sifarişlə avtomobillər gətirəcək. Şirkətin özü üçün bu, kifayət qədər böyük məbləğdir: diler mərkəzi 2025-ci il ərzində 5,6 milyard rubl gəlir əldə edib və 542,5 milyon rubl xalis mənfəət götürüb. “Lukavto”nun 50%-i “Ekto” şirkətinə məxsusdur. Bu şirkətə 2025-ci ilin aprelinədək birbaşa ata Ələkbərov sahiblik edib. Bundan sonra “Ekto”nun 100%-i YVS adlı şəxsi fondun mülkiyyətinə keçib. “Lukavto”nun digər 50%-i Ələkbərovlar ailəsinin strukturları ilə əlaqəli “Strateji İnkişaf Holdinqi”nə məxsusdur.
Maraqlı təsadüfdür: Rusiyadakı ilk “Bugatti Mistral” avtomobili Yusif Ələkbərova gömrük rəsmiləşdirilməsi ilə birlikdə bir milyard rubldan baha başa gəlib. Belə çıxır ki, Ələkbərovların avtomobil xərcləri “Mistral”la ölçülür: yeni diler mərkəzi bir avtomobil qədərdir. Yaxud “Lukavto”nun təxminən iki illik xalis mənfəəti qədər”./Axar.az/
