İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Silahlı Qüvvələrin Mərkəzi Komandanlığının rəisi, general Əli Şadmaninin İsrailin hava zərbələri nəticəsində aldığı yaralardan öldüyünü təsdiqləyib.
SEPAH tərəfindən yayılan rəsmi açıqlamada Şadmaninin keçən həftə İsrailin həyata keçirdiyi hücum nəticəsində ağır yaralandığı və bu səbəbdən həyatını itirdiyi bildirilib.
Xatırladaq ki, iyunun 17-də İsrail ordusunun mətbuat xidməti general Əli Şadmaninin İrana qarşı gecə saatlarında həyata keçirilən hava zərbələri zamanı məhv edildiyini açıqlamışdı./Globalinfo.az