Elnur Şükürov da azadlığa çıxdı

  Əvəz Zeynallı ilə birgə məhkum edilmiş jurnalist Elnur Şükürov da azadlığa buraxılıb.

Referans.az  xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, onun 3 illik həbs cəzası bu gün başa çatıb.

 E.Şükürov saxlanıldığı cəzaçəkmə müəssisəsindən azadlığa çıxıb.

Qeyd edək ki, “Səda TV”nin rəhbəri olan E.Şükürov rüşvət almaqda və dələduzluqda təqsirli bilinərək 3 il azadlıqdan məhrum edilmişdi. Onunla birgə mühakimə edilərək 8 il 10 ay azadlıqdan məhrum edilən Əvəz Zeynallı isə bir müddət əvvəl xəstəliyinə görə cəzadan azad edilmişdi.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki