Elon Mask Venesuelaya pulsuz internet təklif edir
Referans Media xəbər verir ki, Məşhur milyarder Elon Mask ABŞ-ın Venesuelaya qarşı başlatdığı əməliyyata dəstək verdiyini açıqlayıb. O bildirib ki, Starlink şirkəti vasitəsilə Venesuelada bir ay müddətinə pulsuz internet xidməti təqdim olunacaq.
Mask bu qərarı ABŞ-ın yanvarın 3-də Venesuelaya qarşı başladığı əməliyyatdan sonra elan edib. O, sosial şəbəkə X üzərindən paylaşım edərək Venesuelanın artıq layiq olduğu rifaha qovuşa biləcəyini qeyd edib.
Gülnaz Abdullazadə
