Ən çox yuxu saatı bu ölkələrdədir – ADLAR

Dünyada yuxu rejimi və keyfiyyəti ilə bağlı aparılan araşdırmanın nəticələri məlum olub. Tədqiqatda ölkələr üzrə orta yatma və oyanma saatları, eləcə də ümumi yuxu müddəti təhlil edilib.

Referans Media  xəbər verir ki, araşdırmaya görə, yuxu müddəti coğrafi mövqe, gün batımı saatları və mədəni vərdişlərdən asılı olaraq dəyişir. Xüsusilə Avropa ölkələrinin erkən yatma və daha keyfiyyətli yuxu baxımından üstün olduğu vurğulanır. Bununla yanaşı, Polşa və Çexiya kimi ölkələrdə gec yatma vərdişləri ilə diqqət çəkir.

Qeyd edək ki, bir sıra ölkələrdə insanlar orta hesabla saat 00:59-da yatıb 08:02-də oyanır. Tədqiqata əsasən, gündəlik orta yuxu müddəti 395 dəqiqədir ki, bu da dünya ortalamasına yaxın hesab olunur.

Ən çox yatan ölkələr sırasında Yeni Zelandiya (447 dəqiqə), Avstraliya (440 dəqiqə), İsveç (435 dəqiqə), Danimarka (434 dəqiqə) və Kanada (431 dəqiqə) yer alır. Ən az yatan ölkələr isə Yaponiya (352 dəqiqə), Səudiyyə Ərəbistanı (362 dəqiqə), Filippin (368 dəqiqə), Tayvan (381 dəqiqə) və Honkonq (399 dəqiqə) kimi sıralanır.

Mütəxəssislər bildirirlər ki, intensiv həyat tempi, gec saatlara qədər aktivlik və texnologiyadan həddindən artıq istifadə yuxu müddətinin azalmasına səbəb olur. Sağlam yuxu üçün isə müntəzəm rejim və düzgün həyat tərzi əsas şərtlərdən sayılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki