Epşteyn sənədlərində iz buraxan çevriliş planı: Türkiyə ilə bağlı detal böyük ajiotaj yaradacaq

2017-ci ildə planlaşdırılan hərbi ssenari türk hərbçilərinə görə dayandırılıb?

Referans Media xəbər verir ki, Jeffrey Epşteyn işi üzrə yayılan sənədlərdə yer alan yazışmalarda 2017-ci ildə Qatarda planlaşdırıldığı iddia edilən hərbi çevriliş cəhdinin Türkiyənin bölgədəki hərbi mövcudluğu səbəbindən həyata keçirilmədiyi bildirilir.

Sənədlərdə iddiaya görə, çevrilişi planlaşdıran tərəflər “Türklər ölkə daxilində olduğu üçün hərbi seçim artıq mümkün deyil” kimi qiymətləndirmə aparıblar. Bu detal Körfəz siyasətində yeni müzakirələrə səbəb olub.

Yazışmalarda 2017-ci ildə Qatarda hərbi müdaxilə planının hazırlandığı, lakin ölkədə yerləşdirilmiş türk hərbi kontingentinin mövcudluğu səbəbindən əməliyyatın təxirə salındığı və ya tamamilə dayandırıldığı irəli sürülür.

Həmin dövrdə Türkiyə Qətərə həm hərbi, həm də siyasi dəstəyini artırmışdı. Xüsusilə Körfəz ölkələri arasında böhranın yaşandığı vaxt Ankaranın mövqeyi Dohanın regional təcridinin qarşısını alan əsas amillərdən biri kimi qiymətləndirilirdi.

Sözügedən iddialar ABŞ Ədliyyə Nazirliyi tərəfindən 2025–2026-cı illərdə açıqlanan milyonlarla səhifəlik materiallar fonunda gündəmə gəlib. Yazışmaların məzmununun doğruluğu və beynəlxalq münasibətlərə mümkün təsiri isə hələ də müzakirə predmetidir.

Analitiklər hesab edirlər ki, bu cür iddialar Körfəz regionunda güc balansı və Türkiyənin bölgədəki rolu ilə bağlı debatları yenidən alovlandıra bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki