Mövcud vəziyyətdə əsas qərarverici tərəf ABŞ-dır və bundan sonrakı proseslərin istiqaməti Vaşinqtonun atacağı addımlardan asılı olacaq.
Referans Media “Fars” agentliyinə istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
“Top ABŞ-ın meydanındadır. Vaşinqton ya atəşkəsə üstünlük verməli, ya da İsrail vasitəsilə müharibəni davam etdirmək yolunu seçməlidir”, – deyə o qeyd edib.
Nazir vurğulayıb ki, regionda gərginliyin daha da artması genişmiqyaslı nəticələrə səbəb ola bilər və bu, yalnız Yaxın Şərq üçün deyil, qlobal təhlükəsizlik baxımından da ciddi risklər yaradır.
Onun fikrincə, beynəlxalq ictimaiyyət də prosesə daha fəal şəkildə qoşulmalı və münaqişənin siyasi yollarla həllinə dəstək verməlidir.//globalinfo.az























