Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlib.
Referans Media xəbər verir ki, bu barədə Türkiyənin “AHaber” nəşri yazıb.
Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qarşılayıblar./Globalinfo.az/

