“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri çərçivəsində Şuşa Şəhər İcra Hakimiyyətində rəsmi mərasimlə qarşılanacaq”.
Referans Media xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Nəşr bildirir ki, Ərdoğan burada Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək, birgə mətbuat konfransı keçirəcək.
Türkiyə Prezidenti Xocalı Soyqırımı Memorialını və muzeyini ziyarət edəcək, Xankəndi Zəfər Abidəsinin önünə əklil qoyacaq və rəsmi ziyafətdə iştirak edəcək”, – məlumatda bildirilib./Globalinfo.az/
