Ərdoğan və Trampın yerinə 3 ad çəkildi – Türkiyə ilə bağlı qərar dəyişə bilərbackend

Ərdoğan və Trampın yerinə 3 ad çəkildi – Türkiyə ilə bağlı qərar dəyişə bilər

  Son günlər Türkiyə və ABŞ-da gələcəkdə hakimiyyətə namizəd göstəriləcək bəzi şəxslərlə bağlı müzakirələr gündəmdədir. Türkiyədə xarici işlər naziri Hakan Fidanın, ABŞ-da isə vitse-prezident Ceyms Devid Vens və dövlət katibi Marko Rubionun adları ön plana çıxır.

Hakan Fidanın növbəti ölkə başçısı olması fikri əsasən 2023-cü ildə keçirilən prezident seçkilərində irəli sürülüb. Ağ Ev rəhbərliyinə namizədlərin adları ilə yeni çəkilir.

Bəs onların iqtidara gəlmək ehtimalı nə qədərdir? Adı çəkilən namizədlər hər iki ölkənin gələcəyi üçün nə vəd edirlər?

Referans xəbər verir ki, Globalinfo.az-a danışan beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, Hakan Fidanın hakimiyyətə gəlməsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəstəyi ilə bağlıdır:

“O, əhəmiyyətli fiqurdur. Hakimiyyətə gəlməsində əsas nüans daha əvvəl Milli Kəşfiyyat İdarəsinin rəisi kimi fəaliyyəti və izlədiyi siyasi xətdir. Fidanı Türkiyənin gələcək prezidenti kimi görənlər var, hətta onu ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeoya bənzədənlər də tapılır. Lakin Hakan Fidanın prezidentliyi, ilk növbədə, Ərdoğan başda olmaqla hakim Ədalət və İnkişaf Partiyasının  (AKP) dəstəyindən asılıdır. Varis məsələsində tələsmək doğru olmaz. Türkiyədə müxalif Cümhuriyyət Xalq Partiyasının üzərindən ciddi rəqabət mövcuddur. Yekun olaraq, Fidanın namizədliyinin çox aşağı ehtimal olduğunu düşünürəm. Sürpriz namizədin ortaya çıxması mümkündür. Siyasi varislik məsələsi gündəmdədir”.

 

Ekspert bildirib ki, ABŞ-da vitse-prezident Ceyms Devid Vens və dövlət katibi Marko Rubionun namizədliyinə diqqət yetirmək lazımdır:

“Hazırda Respublikaçılar Partiyası daha çox populyardır. Gənclər Vensi güclü şəkildə dəstəkləyirlər və onun geniş seçici bazası var. Donald Trampın Vensə investisiya qoyması da mühümdür. Digər namizədlərin də olduğunu unutmamalıyıq. Marko Rubionun rolu, çəkisi və təcrübəsi isə onun şansını artırır. Vens prezident olarsa, ABŞ-ın yenidən izolyasiya siyasətinə qayıtması gözləniləndir. Rubio isə fərqli mövqedədir – Türkiyəni F-35 proqramına qaytarmaq, sanksiyaları ləğv etmək və iki ölkənin münasibətlərini yaxşılaşdırmaq istiqamətində mühüm addımlar ata bilər. Buna görə də, məncə, Vensdən çox Rubionun namizədliyi daha real görünür”.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki