Ermənistan hərbçiləri qəzaya düşdü, yeddi nəfər yaralandı

  Ermənistanda Müdafiə Nazirliyinə məxsus “UAZ” markalı avtomobil qəzaya uğrayıb.Referans “Report”a istinadla xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Məlumata görə, qəza Mehri-Sisian avtomobil yolunda baş verib.

Hadisə nəticəsində altı hərbi qulluqçu və bir tibb bacısı xəsarət alıb. Hərbi qulluqçulardan birinin vəziyyəti ağırdır.

Təfərrüatlar açıqlanmır.

Qəzanın başvermə səbəbi məlum deyil.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki