Ermənistan KTMT-ni birdəfəlik tərk edəcək?

“Ermənistanın 2026-cı ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) üzvlüyünün “dondurulması” ehtimalı çox azdır”.

Referans Media  xəbər verir ki, bu barədə Ermənistan Xarici Kəşfiyyat Xidmətinin hesabatında qeyd olunub.

“Ermənistanın KTMT-də üzvlüyünün “dondurulması” çox güman ki, baş verməyəcək. Biz bunu bölgə təhlükəsizlik qurumunun nüfuzuna çağırış və qurumun digər üzv dövlətləri üçün nəticələr mənbəyi kimi qiymətləndiririk”, – deyə bildirilib.

Ermənistan Baş naziri Nikol Paşinyan 2024-cü il fevralın 23-də bəyan etmişdi ki, Ermənistan praktik olaraq KTMT-də iştirakını dondurub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki