Ermənistan Təhlükəsizlik Xidməti azərbaycanlılarla bağlı açıqlama yaydı

Ermənistan Milli Təhlükəsizlik Xidməti İrəvanda azərbaycanlıların görüntülərinin yayılması ilə bağlı məsələyə münasibət bildirib.

Referans Media xəbər verir ki, bu barədə MTX-nin mətbuat xidmətindən məlumat verilib.

Qurumun açıqlamasında qeyd olunub ki, videolarda əks olunan şəxslər etnik azərbaycanlılar olmaqla yanaşı, Rusiya vətəndaşlarıdır. Onlar ölkə ərazisinə Baqrataşen sərhəd-keçid məntəqəsindən daxil olublar və səfərləri şəxsi xarakter daşıyıb.//globalinfo.az

Məlumata görə, həmin şəxslər daha əvvəl – 2013 və 2014-cü illərdə də Ermənistana səfər ediblər. MTX hazırda məsələ ilə bağlı yayılan görüntüləri və məlumatları araşdırır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki