Ermənistandan Rusiyanı qəzəbləndirəcək şok statistika: Əhalinin 75 faizi o qərarı verdi

Ermənistanda əhalinin mütləq əksəriyyətinin ölkənin gələcəyini Rusiyanın rəhbərlik etdiyi ittifaqlarda deyil, Qərbdə gördüyünü sübut edən sensasiyalı rəy sorğusunun nəticələri açıqlanıb.

Referans Media xəbər verir ki, ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutunun (International Republican Institute) sifarişi ilə "Breavis" şirkəti tərəfindən Ermənistanda genişmiqyaslı ictimai rəy sorğusu keçirilib.

Sorğuda iştirak edən 1511 vətəndaş arasında keçirilən səsvermədə respondentlərin tam 75 faizi Ermənistanın Avropa İttifaqına mümkün üzvlüyünü və Qərbə inteqrasiya yolunu qətiyyətlə dəstəklədiyini bəyan edib.

Tədqiqat çərçivəsində ölkədəki siyasi qüvvələrin reytinqi də ölçülüb və məlum olub ki, iştirakçılardan 491 nəfəri birbaşa baş nazir Nikol Paşinyanı və onun rəhbərlik etdiyi "Mülki Müqavilə" partiyasını dəstəkləyir.

"Bizim yolumuz" partiyasının və milyarder Samvel Karapetyanın tərəfdarlarının sayı isə cəmi 93 nəfər təşkil edib. Digər tərəfdən, sorğuya qatılan ermənilərin 61 faizi hazırda ölkənin düzgün istiqamətdə hərəkət etdiyini bildirdiyi halda, 28 faizi bunun əksini düşünüb, 11 faizi isə mövqe bildirməkdə çətinlik çəkib. ABŞ təşkilatının ortaya qoyduğu bu rəsmi rəqəmlər, İrəvan və Moskva arasında diplomatik böhranın pik həddə çatdığı bir vaxtda, erməni xalqının birmənalı olaraq Avropa İttifaqını seçdiyini nümayiş etdirir. /Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki