Ev almaq istəyənlərə ŞAD XƏBƏR! Bu ərazilərdə sosial evlər satışa çıxdı backend

Ev almaq istəyənlərə ŞAD XƏBƏR! Bu ərazilərdə sosial evlər satışa çıxdı 

  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Bakının Ramana və Ümid qəsəbələrində, Abşeron və Samux rayonlarındakı yeni yaşayış binalarında 1 080 mənzili ms.sosial.gov.az portalı üzərindən təkrar onlayn satışa çıxarıb.

 

Referans.az  nazirliyə istinadən xəbər verir ki, mənzillər 3 və 4 otaqlıdır, tam təmirlidir, istifadə olunmayıb və çıxarışlıdır.

Onları banklara müraciət etməklə ipoteka krediti ilə də almaq olar.

 

Satışdan əldə olunan vəsait ölkəmizin digər bölgələrində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatına yönəldiləcək.

Mənzillərdən almaq istəyən şəxslərə qeyd edilən portala daxil olaraq mənzillərlə tanış ola, almaq istədiyi mənzili seçərək, onu portaldakı “Bron et” düyməsini sıxmaqla bron edə bilər.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki