Evdə qarışqalardan qurtulmağın ən praktik yolu – 1 gecədə təsir edir

Havaların isinməsi ilə qarışqalar yenidən aktivləşib. Aprel ayından etibarən bir çox evdə kiçik “istilalar” müşahidə olunur. Xüsusilə günün ikinci yarısında aktiv olan qarışqalar hava sərinləşəndə evlərə yönəlir.

Mütəxəssislər bildirir ki, bahalı vasitələrə ehtiyac olmadan təbii üsulla bu problemdən qurtulmaq mümkündür.

Araşdırmalara görə, paçuli yağı qarışqaları uzaqlaşdırmaqda effektivdir. Bu yağın kəskin qoxusu yalnız qarışqaları deyil, milçək və digər zərərvericiləri də uzaq tutur. Hətta çox az miqdarda belə təsir göstərir.

İstifadə qaydası:

Pambığa 4-5 damla paçuli yağı damladın Qapı, pəncərə və qarışqa daxil olan yerlərə qoyun Təsirin davamı üçün bir neçə gündən bir yeniləyin

Alternativ olaraq, su və spirt qarışımına bir neçə damla əlavə edib sprey kimi istifadə etmək olar.

Qeyd: Ev heyvanı olanlar ehtiyatlı olmalıdır, xüsusilə pişiklərdə mənfi təsir yarada bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki