Evlilikdən imtina etdi, ortalıq qarışdı: ailələr bir-birinə girdi

19 yaşlı M.K. adlı gənc qızın evlilik məqsədilə Aksaray şəhərinə getməsi və daha sonra fikrini dəyişməsi ilə başlayan hadisə qalmaqallı davaya çevrilib. Nəticədə 2 nəfər yaralanıb, 8 nəfər isə saxlanılıb. 

Referans Media xəbər verir ki, hadisə Hacılar Harmanı məhəlləsində yerləşən şəhərlərarası avtovağzalda baş verib. Məlumata görə, Ankara şəhərində yaşayan M.K. 2 ildir münasibətdə olduğu Aksaraylı gənclə evlənmək üçün ailəsindən xəbərsiz şəkildə şəhərə gedib.

İddialara görə, gənc qız ailəsi ilə apardığı danışıqlardan sonra evlilikdən imtina edib və Ankaraya qayıtmaq istəyib.

Bu zaman həm qızın ailəsi, həm də qarşı tərəf avtovağzalda üz-üzə gəlib. Tərəflər arasında başlayan mübahisə qısa müddətdə kütləvi davaya çevrilib.

Dava zamanı 2 nəfər yaralanıb. Əraziyə çağırılan polis əməkdaşları vəziyyəti nəzarət altına alıb və 2-si qadın olmaqla ümumilikdə 8 nəfər saxlanılıb.

Hadisə ilə bağlı hər iki tərəfin bir-birindən şikayətçi olduğu bildirilir. Polis əməkdaşları faktla bağlı araşdırmanı davam etdirir və hadisənin bütün detalları araşdırılır.

Hazırda məsələ ilə bağlı istintaq prosesi davam edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki