"F-35" qırıcısı Hörmüz boğazında... - CENTCOM açıqladı

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı ərazisində "F-35 Lightning II" qırıcı təyyarəsinin patrul xidməti həyata keçirdiyini bəyan edib.

Referans Media xəbər verir ki, bu barədə "CENTCOM" məlumat yayıb.

"ABŞ Hərbi Hava Qüvvələrinin "Lockheed Martin F-35 Lightning II" qırıcısı Hörmüz boğazı yaxınlığında regional sular üzərində patrul xidməti həyata keçirir. "F-35A" səsdən sürətli uçuş imkanını qoruyaraq 18 000 funt (təxminən 8 165 kq) döyüş sursatı daşıma qabiliyyətinə malikdir", - deyə bildirilib.//publika.az
 
 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki