image-feh5backend

Fahriye ilə Burakın bu görüntüləri diqqət çəkdi 

Son zamanlar ekranlardan uzaqlaşan məşhur aktrisa Fahriye Evcen sosial mediada paylaşdığı şəkilləri ilə diqqətləri üzərinə çəkməyə davam edib.

 

Referans Media  xəbər verir ki, 13,5 milyon izləyicisi olan Fahriye Evcen bu dəfə sosial şəbəkə hesabında Milan şəhərində olduğunu göstərən fotolar paylaşaraq izləyicilərinə tətilinin lüks anlarını nümayiş etdirib. Şəkillər qısa müddətdə minlərlə bəyənmə alıb və izləyiciləri Fahriye Evcenin gözəl görünüşü və tətil tərzini tərifləyib.

 

Xatırladaq ki,  2013-cü ildə “Çalıkuşu” serialı çəkilişində başlayan münasibətləri ilə tanınan Fahriye Evcen və Burak Özçivit cütlüyü 2017-ci ildə ailə həyatı qurub. 2019-cu ildə onların ilk övladı Karan, 2023-cü ildə isə ikinci oğulları Kerem dünyaya gəlib. Cütlük ailə həyatları ilə tez-tez sosial mediada gündəm olur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki