image-qaz-7-1backend

Fevralın 26-da qaz kəsiləcək – Bu ərazilərdə

Sabah saat 09:00-da Balakəndə 1 920 abonentin qaz təchizatı dayandırılacaq.

 

Referans Media xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismar İdarəsindən (RQİİ) məlumat verilib.

 

Bildirilib ki, qaz təchizatının dayandırılması rayon ərazisində Katex QPS-də bir ədəd RVQ G-400 tipli və Katex kəndində iki ədəd G-400 tipli balans qovşaqlarının quraşdırılması ilə əlaqədardır. Görülən işlərlə bağlı 1 912 əhali, səkkiz qeyri-əhali abonentin qaz təchizatı dayandırılacaq.

 

Qaz təchizatının verilməsi quraşdırma işlərindən sonra bərpa ediləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki