image-lavrov-fidanbackend

Fidan və Lavrov fəaliyyət planını imzaladılar

Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş olub.

Referans Media  xəbər verir ki, onlar Türkiyədə V Antalya Diplomatiya Forumu çərçivəsində görüşüblər.

Nazirlər ikitərəfli münasibətləri, regional və qlobal hadisələri müzakirə ediblər.

Görüşdən sonra “Türkiyə Respublikası Xarici İşlər Nazirliyi ilə Rusiya Federasiyası Xarici İşlər Nazirliyi arasında 2026–2027-ci illər üçün Məsləhətləşmə Fəaliyyət Planı” imzalanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki