Fidandan Rusiya–Suriya münasibətləri haqda diqqətçəkən açıqlama

  Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya və Suriya münasibətlərindən danışıb.

Referans APA-ya istinadla xəbər verir ki, nazir Rusiya və Suriya prezidentlərinin görüşünü müsbət hadisə kimi dəyərləndirib:

“Rusiya və Suriya tərəfinin dialoqu vacibdir. Bu baxımdan Əhməd əl-Şaaranın yetkin siyasətçi kimi davranışı təqdirəlayiqdir. Əhməd əl-Şaara və onun dostları Rusiyaya qarşı radikal mövqe sərgiləmədi, masaya əyləşib danışıqlar apardılar. Şaaranın məsuliyyətli davrandığını düşünürəm və bu məsələdə Rusiyanın mövqeyini də təqdir edirəm”.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki