FİLM KİMİ HADİSƏ! Maskalılar evə belə girdi… / VİDEObackend

FİLM KİMİ HADİSƏ! Maskalılar evə belə girdi… / VİDEO

Şəkidə evə basqın edən maskalı şəxslər tutulublar.

Referans xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Kiçik Dəhnə kəndində gecə saatlarında mənzillərdən birinə daxil olan maskalı şəxslər ev sahibinin əl-qolunu bağlayaraq kəsici alətlə ona hədə-qorxu gəlib, pulunu ələ keçiriblər.

Bildirilib ki, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 40 yaşlı Anar Sadıqov və tanışı 47 yaşlı Tural Əsədov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.

Daha ətraflı videoda:


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki