İraqdakı iranyönlü Əshab əl-Kahf qruplaşması Fransanın ölkədəki və Yaxın Şərqdəki maraqlarına hücum etmək niyyətində olduğunu açıqlayıb.
Referans Media xəbər verir ki, bu barədə BFM-TV məlumat yayıb.
Telekanalın verdiyi məlumata görə, qruplaşmanın yaydığı bəyanatda deyilir:
“Fransız təyyarədaşıyan gəmisinin ABŞ Mərkəzi Komandanlığının əməliyyat zonasına çatmasından sonra, bu gecədən etibarən İraqdakı və bölgədəki bütün Fransa hədəflərinin hücum altına alınacağını elan edirik”.
Əshab əl-Kahf sakinləri Fransa qoşunlarının yerləşdiyi Kərkükdəki hərbi bazadan ən azı 500 metr aralıda durmağa çağırıb.
Daha əvvəl Fransa prezidenti Emmanuel Makron vətəndaşları və müttəfiqlərini İran hücumlarından qorumaq, eləcə də “dron və raketləri ələ keçirməyə” kömək etmək üçün Yaxın Şərqə “Şarl de Qoll” təyyarədaşıyan gəmisi də daxil olmaqla hərbi qüvvələrin göndərildiyini açıqlayıb.
Cümə səhəri Makron Ərbildəki bazaya PUA hücumunu təsdiqləyib. Bu bazaya 2015-ci ildən bəri terrorizmlə mübarizə aparmaq üçün Fransa qoşunları yerləşdirilib. Bir əsgər həlak olub, bir neçəsi yaralanıb. Hücuma görə hələlik heç bir qrup məsuliyyəti öz üzərinə götürməyib./Musavat.com






















