Fransada dəhşətli hadisə: 9 yaşlı uşaq 2 il minibusta kilidli saxlanılıb

Fransanın şərqində yerləşən Hagenbax kəndində ata tərəfindən 2024-cü ildən bəri minibusta saxlanılan 9 yaşlı uşaq xilas edilib. Uzun müddət hərəkətsiz və ac qalan uşaq yeriyə bilməyəcək vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisə qonşunun minibüsdən gələn səsləri eşidərək polisə xəbər verməsi ilə üzə çıxıb. Uşaq çılpaq, zibillərin içində, yorğana bükülü halda tapılıb.

Ata ifadəsində övladını psixiatriya xəstəxanasına yerləşdirilməsindən “qorumaq üçün” belə etdiyini bildirib. Lakin prokurorluq uşağın psixi problemi olmadığını açıqlayıb.

Ata həbs olunub, onun partnyoru isə məsuliyyətə cəlb edilib. Digər uşaqlar sosial xidmətlərin nəzarətinə verilib. Araşdırma davam edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki