sosiyal mediabackend

Google Chrome-dan böyük yeniləmə: Brauzer daha sürətli olacaq

Dünyanın ən çox istifadə olunan internet brauzeri Google Chrome 148-ci versiya ilə performansı ciddi şəkildə artıran yenilik təqdim edir. Yeniləmə ilə “Tənbəl yükləmə” (Lazy Loading) funksiyası genişləndirilərək artıq video və audio faylları da əhatə edir.

Yeni sistemə görə, səhifədəki media faylları yalnız istifadəçi həmin hissəyə çatdıqda yüklənəcək. Bu isə səhifələrin daha sürətli açılmasına, internet trafikinə qənaətə və xüsusilə mobil cihazlarda daha axıcı işləməyə imkan verəcək.

Yenilik həmçinin Chromium bazasında işləyən digər brauzerlərə də təsir edəcək. Mütəxəssislər bildirir ki, bu addım internetdə daha sürətli və stabil istifadə təcrübəsi yaradacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki