Görüşdən sonra Zelenski və Tramp telefonla danışacaqbackend

Görüşdən sonra Zelenski və Tramp telefonla danışacaq

  Rusiya-ABŞ sammitindən sonra Ukrayna prezidenti Volodimir Zelenski ilə Ağ Ev rəhbəri Donald Tramp arasında telefon danışığı planlaşdırılır.

Referans xəbər verir ki, bunu Ukrayna lideri açıqlayıb.

“Tramp mənə təklif etdi ki, Alyaskadakı görüşdən sonra onunla əlaqə saxlayaq. Bütün nəticələri müzakirə edəcək və növbəti qarşılıqlı addımlarımızı müəyyənləşdirəcəyik”, – deyə Zelenski bildirib.

Qeyd edək ki, Trampla və Rusiya prezidenti Vladimir Putin avqustun 15-də Alyaskada görüşəcək./publika.az  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki