“Green Card” lotereyası ilə bağlı məhkəmə qərarı verildi

ABŞ-də dayandırılmış “Green Card” lotereyası üzrə qeydiyyat prosesinin oktyabrın 18-dək bərpa edilməsi barədə məhkəmə qərarı çıxarılıb.

Referans Media TASS-a istinadən xəbər verir ki, müvafiq qərarı Kaliforniyanın Cənub Dairəsi üzrə federal məhkəməsi qəbul edib.

Qərara əsasən, ABŞ dövlət katibi Marko Rubio 2027-ci maliyyə ili üzrə müxtəlif ölkələrin vətəndaşları üçün nəzərdə tutulan immiqrant viza proqramına qeydiyyatı ABŞ-ın Şərq sahili vaxtı ilə oktyabrın 18-də gecə yarısınadək başlatmalıdır. Sənəddə qeydiyyat müddətinin 30 gün davam etməli olduğu da göstərilib.

Məhkəmə, həmçinin ABŞ Dövlət Departamentinə qeydiyyatın başlanma tarixi barədə rəsmi internet səhifəsində geniş ictimaiyyətə məlumat verməyi tapşırıb./Globalinfo.az

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki