image-lively-street-scene-in-tbilisibackend

Gürcüstana getmək istəyənlərə xoş xəbər

Gürcüstanda əcnəbilər üçün müvəqqəti iş qaydalarının sadələşdirilməsi nəzərdə tutulur.

Referans Media xəbər verir ki, bu barədə “Georgia24” məlumat yayıb.

Qeyd olunub ki, parlament qısamüddətli layihələrdə və ya müxtəlif tədbirlərdə iştirak edən xarici vətəndaşların yaşayış icazəsi və ya xüsusi iş icazəsi olmadan fəaliyyət göstərməsinə imkan verən qanunvericilik dəyişikliklərini nəzərdən keçirir.

Yeni yanaşmaya əsasən, hökumət hansı fəaliyyət sahələrinin və müddətlərin bu qaydaya aid olacağını ayrıca müəyyən edəcək.

Məlumata görə, bu çərçivədə çalışan xarici mütəxəssislər rəsmi olaraq əmək miqrantı statusu daşımayacaqlar.//globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki