Yaxın günlərdə Azərbaycanda hava şəraitində sabitlik gözlənilir. Sinoptiklərin proqnozuna görə, ölkə ərazisinə Sibir antisiklonunun təsiri hiss olunacaq.
Referans Media-ya açıqlama verən meteoroloq Cavidan Əliyev bildirib ki, Azərbaycan Sibir antisiklonunun qərb hissəsinin təsiri altına düşəcək. Bu səbəbdən ölkə ərazisində hava şəraitinin nisbətən sabitləşəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Onun sözlərinə görə, bəzi dağlıq rayonlarda fasilələrlə sulu qar və qar yağacağı ehtimal olunur.
Meteoroloq qeyd edib ki, yaxın günlər ərzində mülayim şərq küləyi əsəcək. Küləyin sürəti 5–10 m/s təşkil edəcək.
Temperatur əksər rayonlarda gecə saatlarında +1…+6, gündüz isə +8…+13 dərəcə olacaq. Dağlıq rayonlarda isə gecə 1–6 dərəcə şaxta, gündüz isə temperaturun 0 dərəcəyə yaxın olacağı gözlənilir.
Ümumilikdə, yaxın günlərdə ölkə ərazisində hava şəraiti nisbətən sabit keçəcək, sakinlər üçün rahatlıq təmin olunacaq.






















