“Həkimlər nə edəcəklərini bilmirlər” – Aktrisa ağladı

Əməliyyatı zamanı bağırsağının təsadüfən kəsilməsindən sonra çətin bir dövr yaşayan aktrisa Aslı Bekiroğlu yenidən bıçaq altına yatacaq.

Referans Media xəbər verir ki, uşaqlığından mioma çıxarılan aktrisa 7-ci əməliyyatından sonra evə buraxılacağını düşünsə də, həkimlər buna icazə verməyib. Onun səhhəti daha da ağırlaşıb.

“Həkimlər də nə edəcəklərini bilmirlər, gözləyirik” deyə, video yayımlayan Aslı ağlayıb. (Axşam.az)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki