Hərbi Prokurorluqda yeni təyinat backend

Hərbi Prokurorluqda yeni təyinat 

  Azərbaycanın Hərbi Prokurorluğunda yeni təyinat olub.

Referans bildirir ki, Teleqraf-ın əldə etdiyi xəbərə görə, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, ədliyyə polkovniki Hüseynov Surxay Xəlil oğlu vəzifədən azad olunub.

Digər əmrlə ədliyyə polkovnik-leytenantı Hümmət Baloğlan Məmmədov Kriminalistika və informasiya texnologiyaları idarəsinin rəis müavini təyin olunub.

Bu vəzifəyə kimi H. Məmmədov Hərbi Prokurorluqlarda istintaqa nəzarət şöbəsinin rəisi vəzfəsini icra edib.

Xatırladaq ki, 2005-ci ildən Azərbaycanın Hərbi prokuroru olan Xanlar Vəliyev aprelin 8-də təqaüdə göndərilib.

Prezident İlham Əliyevin mayın 13-də imzaladığı sərəncamla, Bəhruz Əhmədov Baş prokurorun müavini-Hərbi prokuror təyin edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki