“Azərbaycanlıların Ermənistana səfəri zamanı da girovlarla (?) bağlı məsələ müzakirə edilib”.
Referans Media xəbər verir ki, bunu erməni vətəndaş cəmiyyəti nümayəndəsi Naira Sultanyan deyib.
Onun sözlərinə görə, bu məsələ həmçinin Hikmət Hacıyevlə görüşdə də gündəmə gətirilib və məsələnin müzakirəsinə məhdudiyyət qoyulmayıb.
Qeyd edək ki, H.Hacıyev daha əvvəl günahsız mülki azərbaycanlıları qətlə yetirmiş erməni hərbi cinayətkarların azadlığa buraxılması çağırışlarının qəbuledilməz olduğunu demişdi.
Rəsmi Bakı Azərbaycanda erməni əsir və girovların olmadığını daha əvvəl dəfələrlə bəyan edib.






















