Hindistana məxsus yük gəmisi Oman sahilləri yaxınlığında batıb.
Referans Media xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazı.
Bildirilib ki, ekipaj üzvlərini xilas etmək mümkün olub. Hindistan Xarici İşlər Nazirliyi insidentdən sonra Oman hakimiyyətinin bütün ekipajı xilas etdiyini açıqlayıb, lakin hücumu kimin həyata keçirdiyini dəqiqləşdirməyib.
Vəziyyətlə tanış olan iki Oman rəsmisi bildirib ki, hücum zamanı gəmidə keçilər olub. Rəsmilər əlavə ediblər ki, gəminin batma səbəbləri araşdırılır.
Dəniz məlumatları ilə məşğul olan “Windward” şirkəti isə bildirib ki, insident zamanı gəmi öz transponderini söndürüb. Bu praktika adətən qanunsuz yüklər daşıyan “kölgə donanması” ilə əlaqələndirilsə də, hazırda boğazdan diqqət çəkmədən keçməyə çalışan gəmilər tərəfindən də daha çox istifadə olunur.
“MarineTraffic” gəmi izləmə saytının məlumatına görə, gəmi Somaliland bölgəsində yerləşən Berbera limanından yola düşərək Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərinə istiqamət alıb./Globalinfo.az
