İran Hörmüz boğazından keçid haqqını ödəyən gəmilərə üstünlük verəcək.
Referans Media xəbər verir ki, bunu aprelin 18-də yüksək vəzifəli İran rəsmisi CNN-ə bildirib.
“İcazə verilən gəmilərin sayına qoyulan məhdudiyyəti nəzərə alaraq, İran Hörmüz boğazı üçün yeni protokollara daha tez cavab verən, təhlükəsizlik və mühafizə xərclərini ödəyən gəmilərə üstünlük vermək qərarına gəlib”, – deyə rəsmi bildirib.
Kanalın mənbəyinə görə, ödənişləri ödəməyən gəmilərin keçidi gecikəcək.
Qeyd edək ki, qprelin 18-də İran Hörmüz boğazından gəmilərin keçidinə məhdudiyyətləri yenidən tətbiq edib.





















