image-hormuzbackend

Hörmüz boğazının taleyi: İran kompensasiya tələb edir

Maliyyə məsələsi həll olunmasa, Hörmüz boğazı bir neçə ay bağlı qalacaq.

Referans Media Publika.az istinadən xəbər verir ki, bunu Tehran Universitetinin professoru Fuad İzzədi deyib.

Onun sözlərinə görə, dünya neft yükünün təxminən 20 faizinin keçdiyi Hörmüz boğazının bağlanması İranın müharibədəki ən güclü silahlarından biridir.

İzzədi boğazın bağlanmasının İranın qlobal mövqeyinə zərər verə biləcəyi ilə bağlı narahatlıqları rədd edib:

“İran populyarlıq axtarmır, sərhədlərinin toxunulmaz qalmasını təmin etmək istəyir. Tehrana və bölgədəki digər ölkələrə dəyən iqtisadi zərər ödənilməlidir. İran son 12 gündə milyardlarla dollar zərər çəkib. İran hökumətini dəyişdirmək xəyaldır”.

Professor həmçinin İrana kompensasiya ödənilənə qədər Hörmüz boğazının bağlı qala biləcəyi barədə xəbərdarlıq edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki