image-hormuzbackend

Hürmüz boğazı yenidən açıldı: Atəşkəsdən sonra ilk gəmilər keçdi

ABŞ və İran arasında əldə olunan müvəqqəti atəşkəsdən sonra Hürmüz boğazından ilk gəmilər keçməyə başlayıb.

Məlumata görə, atəşkəsdən sonra boğazda hərəkət bərpa olunub. Liberiya bayraqlı “Daytona Beach” yük gəmisi İranın Bəndər-Abbas limanından çıxaraq boğazı keçib və hazırda Oman körfəzində hərəkət edir. Yunanıstana məxsus “NJ Earth” gəmisi də boğazdan keçid edib.

Qeyd edək ki, Donald Trump Hürmüz boğazının açılması şərti ilə ABŞ və İran arasında iki həftəlik atəşkəs əldə olunduğunu açıqlamışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki