İbrahim Kalın Suriya Prezidenti ilə görüşdü

  Türkiyə kəşfiyyatının rəhbəri İbrahim Kalın Suriya prezidenti Əhməd əş-Şaara ilə suriyalıların könüllü qayıdışını müzakirə edib.

Referans APA-ya istinadla xəbər verir ki, Suriyanın paytaxtı Dəməşqdə səfərdə olan Kalın prezident əş-Şaara ilə görüşüb.

Görüşdə ikitərəfli münasibətlər, regional təhlükəsizlik, İŞİD-lə mübarizə, sərhəd təhlükəsizliyi, iqtisadi vəziyyət və suriyalı qaçqınların könüllü qayıdışı kimi məsələlər müzakirə olunub.

Kalın, Türkiyənin Suriya hökumətinə hər cür dəstəyi verməyə hazır olduğu bildirilib.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki