image-ibo-vuranbackend

İbrahim Tatlısəsi başından vuran şəxsin ŞOK görüntüləri yayıldı – FOTOLAR

2011-ci ildə türkiyəli müğənni İbrahim Tatlısəsə silahlı hücum edən Abdullah Uçmak yaxın qohumlarından birinin dəfn mərasimində görüntülənib.

Referans Media-nın Türkiyə mətbuatına istinadla xəbərinə görə, sosial mediada yayılan görüntülərdə Uçmakın əlləri qandallı vəziyyətdə, jandarmaların əhatəsində olduğu və bəzi şəxslərin ona sarıldığı anlar diqqət çəkib.

Məlumata əsasən, hazırda həbsdə olan Abdullah Uçmak məhkəmənin verdiyi icazə əsasında müvəqqəti olaraq cəza evindən çıxarılıb. Onun dəfn mərasiminə gəlişi zamanı ərazidə geniş təhlükəsizlik tədbirləri görülüb.

ABDUL.jpg (114 KB)

ABDUL 2.jpg (159 KB)

Ötən ay Abdullah Uçmakın sosial şəbəkə hesabında belə bir paylaşım diqqət çəkmişdi:

“Bu ölkədə heç kim yaralama ittihamı ilə 16 il həbsdə qalmayıb. Azadlığa buraxılmağımızı istəyirik”.

İSTİYOR.jpg (88 KB)

Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki