İki düşmən Rusiyaya görə barışır – KİVbackend

İki düşmən Rusiyaya görə barışır – KİV

  “ABŞ-ın yeni gömrük tarifləri Hindistanı Rusiya və Çinlə əlaqələri gücləndirməyə sövq edə bilər”.

Referans xəbər verir ki, bu barədə “New York Times”in məqaləsində qeyd olunur.

Nəşr yazır ki, ABŞ Prezidenti Donald Trampın Hindistana tətbiq etdiyi 25 faizlik gömrük rüsumları baş nazir Narendra Modini çətin duruma salıb:

 
“Ölkənin neft idxalının 45 faizi Rusiyanın payına düşür. Hindistan Rusiya neftini almağı dayandırar, istehlakçılar və yerli istehsal üçün daha yüksək qiymətləri qəbul edərsə, bu, Modi hökumətinə siyasi zərər verəcək.

Ancaq analitiklərin fikrincə, Hindistan ABŞ-ın təhdidlərinə məhəl qoymasa, onun iqtisadiyyatına daha güclü zərbə dəyəcək”.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki