image-icerik-ureticisi-bonnie-blue-hamile-oldugunu-19595511_9309_ampbackend

İki həftədə 400 kişi ilə birlikdə olmuşdu – Bonnie Blue hamile olduğunu açıqladı!

Sosial mediada qeyri-adi təcrübələri ilə tanınan yetkin kontent istehsalçısı Bonnie Blue, son açıqlaması ilə yenidən gündəmə gəldi. Daha əvvəl qısa müddət ərzində çox sayda kişi ilə birlikdə olduğunu iddia edən Blue, bu dəfə hamilə olduğunu açıqlayaraq izləyicilərini təəccübləndirdi və sosial mediada geniş müzakirələrə səbəb oldu.

Referans Media xəbər verir ki, Bonnie Blue, daha əvvəlki açıqlamalarında 12 saat ərzində 1057 kişi ilə birlikdə olduğunu iddia etmişdi. Son olaraq isə iki həftə ərzində 400 kişi ilə qorunmadan birlikdə olduğunu açıqladı. Bu açıqlamalar həm etik, həm də sağlamlıq baxımından böyük müzakirələrə yol açmışdı.

Blue, “YouTube” hesabında yayımladığı videoda hamilə olduğunu bildirib və hamiləliyin Londonda bir klinikada ultrasəslə təsdiqləndiyini, tək uşaq daşıdığını açıqlayıb. Videoda o, həmçinin hamiləlik testinin nəticəsini göstərərək, izləyicilərinə belə deyib: “Dostlar… Mən mütləq hamiləyəm, tamamilə hamiləyəm.”

O, həmçinin baş ağrısı yaşadığını və bunun “meqa miqren” olduğunu bildirib.

Bu açıqlamanın ardından sosial mediada ən çox maraq doğuran sual uşağın atasının kimliyi olub. Ekspertlər bildirir ki, belə hallarda atalığın müəyyən edilməsi üçün DNT testi aparılmalıdır.

Hamiləlik zamanı prenatal testlər ilə və ya doğumdan sonra alınacaq nümunələrlə atalıq müəyyən edilə bilər. Bunun üçün bütün mümkün ata namizədlərinin DNT nümunəsi verməsi vacibdir. Bonnie Bluenin son təcrübəsində 400 kişi ilə qorunmadan birlikdə olduğu nəzərə alınarsa, atalığın müəyyənləşdirilməsi prosesi olduqca mürəkkəb görünür.

Bonnie Bluenin açıqlamaları sosial mediada həm maraq, həm də narahatlıq yaradıb. Hamiləlik xəbəri izləyicilər tərəfindən böyük maraqla qarşılanıb, lakin tibbi və hüquqi baxımdan atalığın müəyyənləşdirilməsi çətin məsələ olaraq qalır. Bu hadisə həm də ictimaiyyət üçün etik və sağlamlıq məsələlərini gündəmə gətirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki