image-inatci-oksuruk-tehlikeli-hastaligin-habercisi-olabilir-qbdebackend

İki həftədən uzun öskürək təhlükəlidir: Vərəm əlaməti ola bilər!

Mütəxəssislər inatçı öskürəyin yüngül qarşılanmaması gərəkdiyini vurğulayaraq, vərəm xəstəliyinin yüngül öskürəkdən ağciyər çatışmazlığına qədər irəliləyə biləcəyini bildirirlər. Mütəxəssislər deyir ki, iki həftədən uzun davam edən öskürək, bəlğəm, bəzən qanlı bəlğəm, sinə ağrısı, gecə tərliyi, çəki itkisi, hərarət və halsızlıq vərəm əlaməti ola bilər.

Referans Media xəbər verir ki, Doç. Dr. Zəfər Aktaş önəmli açıqlamalar verib.

Zəfər Aktaş bildirib ki, vərəm yüngül öskürəkdən ağciyər çatışmazlığına qədər irəliləyə bilər. O əlavə edib ki, vərəm dünya üzrə milyonlarla insanı təsir edir və iki həftədən uzun davam edən öskürək zamanı, gecə tərliyi kimi simptomlara diqqət yetirmək lazımdır. Erken diaqnoz, düzgün müalicə və cəmiyyətin məlumatlılığı ilə vərəmi sona çatdırmaq mümkündür.

“Dünya üzrə hər il təxminən 10 milyon insan vərəmə yoluxur”

Həkim Dünya Səhiyyə Təşkilatının (DST) məlumatlarına istinad edərək deyib: “Dünya üzrə hər il təxminən 10 milyon insan vərəmə yoluxur və 1 milyondan çox insan bu xəstəlikdən həyatını itirir. Bu, qarşısı alınması və müalicəsi mümkün olan xəstəlik üçün çox ağır bir statistika deməkdir. Bu da hər il minlərlə insanın yeni xəstəliklə mübarizə apardığını göstərir.”

Vərəm yüngül öskürəkdən ağciyər çatışmazlığına qədər irəliləyə bilər. İki həftədən uzun davam edən öskürək, bəlğəm, bəzən qanlı bəlğəm, sinə ağrısı, gecə tərliyi, çəki itkisi, hərarət və halsızlıq vərəm əlaməti ola bilər. Bu, erkən diaqnozun hələ də çox önəmli olduğunu göstərir.

Vərəm diaqnozu bəlğəm analizləri, ağciyər rentgeni və digər laboratoriya testləri ilə qoyula bilər. Müalicəsi isə 6 ay davam edən və dərmanların müntəzəm istifadəsi ilə effektiv olur. Müalicəni yarımçıq dayandırmaq həm xəstənin sağalmasını gecikdirir, həm də dərmana davamlı vərəm riskini artırır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki