“Böyük Britaniya və Fransa Ukraynaya Avropa qoşunlarının göndərilməsini müzakirə etməklə Rusiyaya gizli şəkildə müharibə elan edirlər”.
Referans Media xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.
O qeyd edib ki, Fransa və Böyük Britaniya nüvə dövlətləridir.
“Onların hərəkətləri NATO ilə Rusiya arasında birbaşa münaqişəyə səbəb ola bilər. Belə bir qarşıdurma III Dünya Müharibəsinin başlaması demək olardı”,
Nazir əlavə edib ki, Budapeşt münaqişədən kənarda qalmalıdır.























