İran və Oman Hörmüz boğazından keçid prosedurlarının hazırlanması ilə bağlı danışıqlar aparır.
Referans Media xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini Əli Baqiri deyib.
O bildirib ki, iki ölkə qonşu dövlətlər kimi Hörmüz boğazından keçid üçün yeni mexanizmin formalaşdırılması istiqamətində əməkdaşlıq edir./Globalinfo.az
