Onlarla Estoniya və Finlandiya vətəndaşı Rusiya Günü şənliklərində iştirak etmək üçün Rusiya sərhədində növbəyə düzülüb.
Referans Media xəbər verir ki, bu barədə teleqram kanalı “Shot” məlumat yayıb. Qeyd olunur ki, Narva keçid məntəqəsində tıxac yaranıb.
Sərhədi keçməyə çalışanlar əsasən Rusiyada yaşayan qohumları və dostları olanlardır. Onları görmək üçün bəziləri “peşəkar növbə menecerləri” işə götürür və ya növbədəki yerlərini alırlar.//Globalinfo.az
