İlham Əliyev Pezeşkianı təbrik etdi

  Azərbaycan Prezidenti İlham Əliyev iranlı həmkarı Məsud Pezeşkianı telefon danışığı zamanı İran-İsrail qarşıdurmasının dayandırılması münasibətilə təbrik edib.Referans xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, dövlət başçısı İran-İsrail qarşıdurmasının dayandırılması, atəşkəsin əldə olunması ilə bağlı Məsud Pezeşkiana təbriklərini çatdırıb, bölgədə sülhün və əmin-amanlığın vacib şərt olduğunu bir daha qeyd edib.

Məsud Pezeşkian başsağlığına görə təşəkkürünü bildirib.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki