İlham Əliyev: “Razılaşdıq ki, birlikdə gələcəyik” – FOTObackend

İlham Əliyev: “Razılaşdıq ki, birlikdə gələcəyik” – FOTO

  “Bildiyiniz kimi, keçən ilin aprel ayında, – hətta məktəbin içərisində bir fotoşəkil də var, – Sadır Nurqojoyeviçlə bu məktəbin təməlini qoyduq və razılaşdıq ki, hazır olanda birlikdə gələcəyik”.

Referans xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 3-də Qırğızıstan Prezidenti Sadır Japarovla birgə Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında deyib:

“Belə alındı ki, Xıdırlı kəndi də hazırdır – gözəl evlər, icma mərkəzi, tibb məntəqəsi və bu cür yaraşıqlı təhsil ocağı. Bu, bir daha ölkələrimizin qardaşlığından, bizim tarixi, etnik, mədəni və mənəvi yaxınlığımızdan xəbər verir. Bu təməl üzərində bu gün biz Qırğızıstan-Azərbaycan dostluğunun möhkəm binasını tikmişik”.  

1714043448 3703a7b8ef3711a56861d9b924b58bc0

03.07.2025











  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki