image-gjkxxt7bse5rtpiuqif6cnozbfxjmyqgmneyjioa_1200backend

İMQ: Livanda 150 “Hizbullah” yaraqlısı öldürülüb

İsrail Müdafiə Qüvvələri (İMQ) Livanda əməliyyata başlayandan bəri “Hizbullah” qruplaşmasının 1800-dən çox silahlısını məhv edib.

“Referans Media” xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“İsrail və Livan arasında atəşkəs rejimi qüvvəyə minməzdən əvvəlki sutka ərzində İMQ 150 silahlını məhv edib. Həmçinin Livanın bir neçə rayonunda qruplaşmanın 300-ə yaxın hərbi obyektinə, o cümlədən buraxılış qurğularına, komandanlıq mərkəzlərinə və silah anbarlarına hücum edilib”, – məlumatda deyilir.

Eyni dövr ərzində İsrail hərbçiləri digər yüksək rütbəli hərbçilərlə yanaşı, “Hizbullah”ın Bint-Cübeyl sektorundakı komandiri Əli Rza Abbası da məhv ediblər./Report/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki