İndoneziyanın Qərbi Yava bölgəsində iki qatarın toqquşması nəticəsində həyatını itirənlərin sayı 14-ə yüksəlib.
Referans Media xəbər verir ki, Antara News-in məlumatına görə, İndoneziya Prezidenti Prabowo Subianto qəzanın baş verdiyi Bekasi şəhərində xəstəxanaya yerləşdirilən yaralıları ziyarət edib.
Subianto hadisə ilə bağlı araşdırmanın təcili şəkildə başladılacağını bildirib.
Rəsmi məlumatlara əsasən, qəza nəticəsində 14 nəfər ölüb, 84 nəfər isə yaralanıb.
Qəza Bekasi şəhərində baş verib. “Argo Bromo Anggrek” adlı uzaqməsafəli qatar Bekasi Timur stansiyasında gözləyən şəhərətrafı qatarla toqquşub. İlkin məlumatlara görə, əvvəlcə 4 nəfərin öldüyü, 38 nəfərin yaralandığı bildirilmişdi.























